Baş katib: “NATO-ya üzvlüklə bağlı qərarı Ukrayna özü verəcək”

“NATO-ya üzvlüklə bağlı qərarı Ukrayna özü verəcək”.
“TRT Haber” xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
“NATO-nun qapıları açıqdır. Hara getmək istədiyinə Ukrayna özü qərar verəcək. Rusiya ilə Ukrayna arasındakı gərginliyin diplomatik həlli üçün isə hələ də gec deyil”, - Baş katib bildirib.