Kliçko: "Bu, artıq qanlı müharibədir. Mənim seçimim yoxdur. Döyüşəcəm!"
“UDAR”ın lideri, Kiyevin meri Vitali Kliçko əlində silahla Ukraynanı müdafiə edəcək.
O, bu barədə cümə axşamı, fevralın 25-də səhər saatlarında müvafiq bəyanatla çıxış edib.
AFN.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
"Bu, artıq qanlı müharibədir. Mənim başqa seçimim yoxdur. Bunu etməliyəm. Döyüşəcəm" - Kliçko bu barədə "Sabahın xeyir Britaniya" tok-şousunda deyib.
Kiyevin ərazi müdafiəsinə qoşulan Vladimir Kliçko demokratiya və ölkənin suverenliyini müdafiə edəcəyini vurğulayıb.
"Putin indi hərbi ritorikadan istifadə edir. O, açıq şəkildə bildirir ki, Ukrayna dövlətini və vətəndaşlarının suverenliyini məhv etmək istəyir. Bu sözlərin ardınca top atəşləri və tanklar gəlir. Biz dağıntılar və ölümlər yaşayırıq. Biz özümüzü hər cür müdafiə edəcəyik, azadlıq və demokratiya uğrunda mübarizə aparacağıq”, - Vladimir Kliçko vurğulayıb.