Dövlət Xidməti: "Ukraynada 2 000-dən çox dinc sakin həlak olub"


Rusiya qüvvələrinin Ukraynaya təcavüzü nəticəsində 2 000-dən çox dinc sakin həlak olub.


Bu barədə Ukrayna Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti (FVDX) feysbukda məlumat yayıb.

Bildirilib ki, xilasedicilər 150-dən çox insanın həyatını xilas etməyə, düşmənin atəşi nəticəsində yaranan 400-dən çox yanğının aradan qaldırılmasına, 500-dən çox insanın təxliyə edilməsinə və 416 partlayıcı qurğunun zərərsizləşdirilməsinə nail olub.

Tapşırıqları yerinə yetirərkən 10 xilasedici həlak olub, 13 nəfər yaralanıb. Bundan əlavə, FVDX-nin məlumatına görə, müharibənin yeddi günü ərzində Rusiya yüzlərlə nəqliyyat infrastrukturu obyektini, evləri, xəstəxanaları və uşaq bağçalarını dağıdıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu