Ukrayna nümayəndə heyətinin üzvü dövlətə xəyanətdə şübhəli bilinərək öldürülüb - FOTOLAR

Ukraynanın Rusiya ilə Qomel şəhərində həyata keçirdiyi danışıqlarda ölkənin nümayəndə heyətinin tərkibinə daxil olan Denis Kireyev öldürülüb. Bu barədə məlumatı Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinskiy verib.
“Qomel şəhərində keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü Denis Kireyev Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. O, dövlətə xəyanətdə şübhəli bilinib”, - deyə Dubinskiy əlavə edib. Bununla belə, bu məlumat hələlik rəsmi olaraq təsdiq olunmayıb. (RİA-Novosti)