Keçmiş DYP rəisi Xanmusa Xalıqov qəzaya saldığı vətəndaşın ziyanını ödəmir - ŞİKAYƏT+VİDEO


Sabirabad rayonu Polattuğay kənd sakini 36 yaşlı Məmmədov Elvin Hüsaməddin oğlu redaksiyamıza müraciət edərək, ciddi haqsızlıqla üzləşdiyini bildirib.


E.Məmmədov bildirir ki, Hacıqabul rayonu DYP-nin keçmiş rəisi Xalıqov Xanmusa onun haqqına girir: "22.01.2022-ci il saat 21:00 radələrində sahibi olduğum "Vaz 21015" markalı avtomobilimlə Şirvandan Hacıqabul istiqamətinə hərəkət edərkən Xanmusa Xalıqovun idarə etdiyi "Hyunday Veracruz" markalı avtomobil tərəfindən vuruldum. Qəza nəticəsində ciddi bədən xəsarətləri almaqla yanaşı, avtomobilim yararsız vəziyyətə düşdü. Qəzanın baş vermə səbəbi Xanmusa Xalıqovun hərəkət zamanı yol-hərəkəti qaydasını pozması üzündən oldu. Bunu hətta DYPəməkdaşları da etiraf etdilər. Lakin X.Xalıqov mövqeyindən və nüfuzundan sui-istfidadə edərək məsuliyyətdən yayındı. İşi araşdıran Şirvan Polis Şöbəsi onun mövqeyini müdafiə edərək cinayət işi açmaqdan imtina etdi. Baxmayaraq ki, bunun üçün kifayət qədər dəlil və sübutlar var. Nəticədə Xanmusa faktiki olaraq vurduğu fiziki və maddi ziyanı ödəməkdən boyun qaçırdı. Hətta mən xəstəxanada olarkən bir dəfə olsun mənə baş çəkmədi. Üstəlik, telefon zənglərimi hədələrlə qarşıladı. Xatırladım ki, mənə dəymiş zərər ümumilikdə 15000 manat təşkil edir.
Mən aztəminatlı ailə başçısıyam. Kirayələrdə qalıram. Ailəmi güclə dolandırıram. Bir maşınım vari idi, o da əldən getdi. Qəza zamanı qırılmış dişlərimi implantasiyası üçün 5000 manat pul lazımdır. Lakin Xanmusa Xalıqov vurduğu ziyanı ödəməkdən boyün qaçırır. Əgər onun ədaləti olsaydı, vurduğu ziyanı qismən də olsa ödəyərdi.
Mən üzümü ölkə prezidentinə, baş prokurorluğa və Daxili İşlər Nazirliyinə tutaraq kömək istəyirəm. Xanmusa Xalıqovun özbaşına əməllərinə hüquqi qiymət verilsin. Belələri yerlərdə vətəndaş narazılıqlarının yaranmasına səbəb olur. Biz vətəndaşların azad yaşamasına mane olurlar. Sizlərdən çox xahiş edirəm, ölkə vətəndaşlarının qarantı kimi məsələdə mənə yardımçı olasınız və mənə vurulan ziyanın ödənilməsi üçün adıçəkilən məmura nüfuz edəsiniz".
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

[media=https://www.youtube.com/watch?v=scvcLQxXDco&t=7s]










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu