Gürcüstanda turizm sektoruna böyük güzəşt: Ötənilki vergi öhdəlikləri silinib


Gürcüstanın turizm sektorunun 2021-ci il üzrə daşınmaz əmlak vergisi üzrə öhdəlikləri silinib.[h5][/h5]

AFN.az Reporta istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

O, turizm sahəsindəki cari vəziyyətin və mövcud problemlərin öyrənildiyini deyib: “COVID-19 pandemiyasına görə məhz bu sahə, həmçinin mehmanxana-restoran sənayesi də zərər çəkib. Buna görə də bu sektor 2021-ci il üçün daşınmaz əmlaka görə vergidən azad edilib. Hesab edirəm ki, bu addım turizm sahəsi üçün mühüm yardım olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu