Səfir: "ABŞ-dan Ukraynaya hər gün silah göndərilir"


“ABŞ-ın Ukraynaya hərbi yardımı davam edəcək”.


AFN.az “Report”a istinadən xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova “Ukrinform”a müsahibəsində deyib.

“Mən əminəm ki, Rusiyanın təhdidlərinə və ağır silahların tədarükünün dayandırılmasına dair tələblərinə baxmayaraq, Vaşinqtonun mövqeyi dəyişməyəcək. ABŞ-dan Ukraynaya hər gün silah göndərilir. Biz gözləyirik ki, yaxın gələcəkdə yeni sanksiyalar paketinin hazırlanmasının da şahidi olacağıq”, - o bildirib.

Qeyd edək ki, aprelin 16-da Ağ ev 800 milyon dollarlıq paketin bir hissəsi kimi ABŞ-dan Ukraynaya yeni hərbi yardımın ilk partiyasının çatdırıldığını açıqlayıb.

Rusiya Ukraynaya silah göndərən bütün ölkələrə bunun gözlənilməz nəticələrə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu