Qazilərimiz Türkiyə Superliqasının matçına dəvət olundu - FOTOLAR


Türkiyənin “Alanyaspor” klubu azərbaycanlı qaziləri oyunlarına dəvət edib.


Məlumatı Super Liqa təmsilçisinin mətbuat xidməti yayıb.

Qazilərimiz 37-ci tur çərçivəsində “Alanyaspor”un “Qaziantep”lə keçirdiyi matça (3:0) iştirak ediblər. Onlar qarşılaşmanı izləyiblər.

Həmçinin Alanya klubunun futbolçuları üzərində Azərbaycan bayrağı olan forma ilə meydana çıxıblar.

Qarşılaşmadan əvvəl Alanya təmsilçisinin prezidenti Hasan Çavuşoğlu Vətən Müharibəsi iştirakçılarına xatirə hədiyyəsi, medal, imzalı forma və Türkiyə bayrağı hədiyyə edib.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu