Müsəlman futbolçu LGBT "bayrağı"na görə matça çıxmaqdan imtina etdi
Fransa Liqa 1-in çempionu olmuş Paris Saint Geirmanda (PSJ) üstünə LGBT-yə dəstək olmaq məqsədi ilə vurulmuş göy qurşağı rəngli forma krizə səbəb olub.
AFN.az Avropa.infoya istinadən xəbər verir ki, komandanın müsəlman futbolçusu İdrissa Queye formanı geyinməkdən imtina edib.
Ulduz futbolçu bu səbəbdən şənbə günü keçirilən Monpelye matçı üçün heyətə daxil edilsə də, matça çıxmayıb.
Məlumatlara görə, İdrissa Queye üstündə LGBT "bayrağı" olan formanı görüncə əsəbləşib.
PSJ-nin baş məşqçisi Maurisio Poçettino seneqallı futbolçunun şəxsi səbəblərdən matça çıxmadığını bildirib.