LGBT tərəfdarlarının aksiyasında döyülən media nümayəndəsi vəfat etdi
İyulun 5-də Gürcüstanda LGBT tərəfdarlarının "Qürur yürüşü" əleyhinə aksiyalar zamanı hücuma məruz qalaraq yaralanmış media işçisi xəstəxanada vəfat edib.
Qaynarinfo xəbər verir ki, "Pirveli TV"nin operatoru Lesko Laşkarava bir neçə gündür müalicə aldığı klinikada vəfat edib. Onun ölümünün səbəbinin hələlik dəqiq müəyyən edilmədiyi bildirilir.
Qeyd edək ki, polis media işçisinə hücumla əlaqədar iki nəfəri saxlayıb.