İstər hakim Vüqar Quliyevlə, istər "Buta" klinikası ilə bağlı qərarları ilahi ədalət hesab edirəm - Günel Gözəlova


"Buta" klinikasının fəaliyyətinin Fövqəladə Hallar Nazirliyi tərəfindən dayandırılması sevindirici haldır. Ona görə ki, bu klinikada insanlara zərər vurulurdu".

 
Bunu AFN.az-a açıqlamasında jurnalist Günel Gözəlova deyib. O təəssüflə qeyd edib ki, bu halda öncə Səhiyyə Nazirliyi xəbərdar olmalı idi, lakin ya olmadı, ya da xəbəri vardı, laqeydlik edirdi: "2021-ci ilin fevralında o klinikada həkim Araz Bayramov tərəfindən mənim həyat yoldaşım şikəst edilib. Bunu klinikaya mənim jurnalist həmkarların şəxsən görmüşdü, hətta tanınmış jurnalist İlhamə Bədəlova yoldaşım Anar Gözəlovun sağlamlığı ilə bağlı xərclərin böyük hissəsini üzərinə götürdü, güvəndiyi həkimlərə müalicəsini davam etdirdi. Mən əslində gözləyirdim ki, 1 ilə yaxındır davam edən məhkəmə prosesinin nəticəsi olaraq birinci cavabdeh qurum olan Səhiyyə Nazirliyi bu klinikada araşdırmalar aparacaq. Mənə məlum idi ki, COVİD testlərilə də o klinikada yetərincə dələduzluq var idi. Tanıdığım bir həmkarım anası ilə gedib orda xaricə getmək üçün test verirdi. Ona orda deyilmişdi ki, sizə müsbət nəticə lazımdırsa verərik. Yazılmışdı ya yox, bilmirəm, amma bildiyim odur ki, mən müvafiq qurumlara müraciət etmişdim dəfələrlə. Mən istərdim ki, orda Dövlət Təhlükəsizlik Xidməti də araşdırma aparsın. Səhiyyə Nazirliyi bir daha deyirəm ki, ən başdan bu işin üstünə düşməli idi. Bir ailəni darmadağın etmək, ölkəsini, dövlətini sevən bir jurnalistin həyat yoldaşını şikəst edib susmaq, cəzasız qalmaq hansısa bir həkimin edəcəyi iş deyildi. Buna susqun qalmaq olmazdı. İlk gündən mən bütün aidiyyatı qurumların rəhbərlərinə müraciətlər ünvanlamışdım. Media da dəfələrlə bu mövzuda yazmışdı. Lakin təəssüf ki, reaksiya yox idi. Biz haqqı tələb edirdik, kiminsə durduğu yerdə cəzalanmasını istəmirdik. Bildiyiniz kimi, Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etdi, işə yenidən baxılacaq. Nərimanov Rayon Məhkəməsinin əsaslandığı ekspertiza rəyini demək olar ki, tamam ləğv etdilər. Çünki ekspertiza rəyi tam cavablanmamışdı. Bizim işdən sonra cənab Prezident İlham Əliyevin sərəncamı ilə hakimlikdən alınan Vüqar Quliyev qərardad çıxarmışdı ki, guya Araz Bayramov bizim işimizdə heç bir məsuliyyət daşımır. Halbuki növbəti məhkəmədə yenidən ekspertiza keçirilməsi ilə bağlı rəy verildi. Bu gün biz o ekspertizanın rəyini səbirsizliklə gözləyirik. Mən inanıram ki, Məhkəmə Tibbi Patoloji Ekspertiza Birliyi bu dəfə Araz Bayramovun tapşırıqlarına "görmək" tədbirlərinə yox deyəcək. Mən əmin idim ki, birinci rəydə Araz Bayramov onları "görmüşdü". Bütün bunlardan sonra istər hakim Vüqar Quliyevlə, istər "Buta" klinikası ilə bağlı qərarları ilahi ədalət hesab edirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu