Azərbaycan millisinin hücumçusu İsveçrə klubuna keçib

Azərbaycan millisinin və İngiltərə "Vulverhempton"unun futbolçusu Renat Dadaşov İsveçrənin "Qrasshopper" komandasına keçib.
"AFN.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Sürix təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Renat Dadaşov 2020-ci ildə də icarə əsasında "Qrasshopper"də çıxış edib.