"Neftçi"nin sabiq hücumçusu Portuqaliya klubuna keçdi


"Neftçi"nin sabiq futbolçusu Denilson Pereyra karyerasını Portuqaliyada davam etdirəcək.


"Report" xəbər verir ki, braziliyalı hücumçu "Pasuş de Ferreyra" komandasına keçib. Klubun rəsmi saytı 26 yaşlı forvardla 2 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, 2016-cı ildə "Neftçi"nin formasını geyinmiş Denilson "ağ-qaralar"ın heyətində meydana çıxdığı 9 oyunda 1 qol vurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu