Qənirə Paşayeva seçicilərlə görüşüb - FOTOLAR

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz şəhərindən və şəhərə bitişik kəndlərdən olan seçicilərlə görüşüb.
Görüşdə şəhid ailələri, müxtəlif yaş və fəaliyyət qruplarından olan vətəndaşlar, o cümlədən gənclər, fiziki imkanları məhdud insanlar, pensiyaçılar, Vətən müharibəsi iştirakçıları, mədəniyyət işçiləri, başqaları iştirak edib.
Hər bir seçicinin toxunduğu məsələlər ətrafında müzakirə aparıb. Ən müxtəlif mövzular üzrə müraciət edən seçicilərin qayğıları ilə maraqlanan Q.Paşayeva, əlaqədar dövlət orqanlarının rəhbərləri və səlahiyyətli şəxslərlə telefonla danışıb.
Q.Paşayeva, seçicilərin iş, yol, su, qaz, mülkiyyət hüququnun sənədləşdiriməsi, pensiya, məhkəmə işi və s. ilə bağlı qaldırdığı bir sıra məsələlərin
operativ həllini diqqətdə saxlamağı səlahiyyətli şəxslərdən xahiş edib.