Sabaha gözlənilən hava proqnozu açıqlanıb


Azərbaycan ərazisində iyulun 14-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 22-26, gündüz 33-38°, Bakıda gecə 24-26°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50% olacaq.

Azərbaycanın rayonlarında yağmursuz keçəcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 35-40°, bəzi yerlərdə 42°, dağlarda gecə 8-13°, gündüz 26-31° isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu