Ağcabədi DSK-nın üzvü həbs olunub

82 saylı Ağcabədi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Aydın Bəşir oğlu Quliyev həbs olunub.
AFN.az xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında komissiyanın katibi Mikayıl Rəhimov bildirib.
O, bildirib ki, məhkəmə qərarına əsasən o, 31 may tarixində həbs edilib.
Qanunvericiliyə əsasən, Aydın Quliyev komissiya üzvlüyündən çıxarılıb.