BŞİH-in vəzifəli şəxsi Zülfəli İsmayılov vətəndaşın mənzilini uçurtdurdu - VİDEO

Bakı şəhəri Yusif Səfərov küçəsində yerləşən vətəndaşlardan zorla alınması tələb olunan binanın köçməyən sakinlərinin də evlərini də qapılarını sındırıb içərisini dağıtmağa başlayıblar.
AFN.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, bu işlərə Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi Zülfəli İsmayılov nəzarət edir və tapşıırıqlarını verir: "Dünən 27 iyul 2022-ci ildə hüquqlarını müdafiə etdiyim və mənzilini icra hakimiyyətinin şərtləri ilə satmayan Solmaz Həmidovanın 10-cu mərtəbədə yerləşən 34 saylı mənzilinin qapısı sındırılıb, mənzilin içərisi dağıdılıb, mənzili yaşayışa yararsız hala salınıb.
Bütün qanunsuzluqlar video kameralalara düşüb. Bu, əslində qanunsuzluq deyil, vandallıqdır, barbarlıqdır.
Bakı Şəhər İcra Hakimiyyətindən tələb edirəm ki, vandallarını çəksin və Azərbaycan Respublikasının Baş Prokurorluğundan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən xahiş edirəm, müraciətə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 204-207-ci maddələrinə əsasən şikayət kimi yanaşıb bu qanunsuzluğa rəhbərlik edən edən, iştirak edən şəxslər barəsində cinayət işi başlanılsın. İlham Əliyev, Cənab Prezident, bizim gücümüz çatmır, xahiş edirik, müdaxilə edin!"