On yaşlı uşaq faciəvi şəkildə öldü


Avqustun 11-i saat 16 radələrində Göygöldə 10 yaşlı oğlanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.



AFN xəbər verir ki, hadisə rayonun Balçılı kəndində baş verib.

VAZ-2106 markalı avtomobil qəfil yola çıxan 2012-ci il təvəllüdlü Cəfərov Elmir Raqif oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu