Fransada adına avtomobil zavodu olan Şəkili.

1920-ci ilin 22 sentyabrında Şəkinin Oxud kəndində Əhmədiyyə Cəbrayılov dünyaya göz açıb.
Qorxmazlığı, inadkarlığı, cə'surluğu ilə diqqət çəkən Əhmədiyyə Cəbrayılov Kənd Təsərrüfatı Texnikumunu bitirəndə müharibə başlayır. O, könüllü müharibəyə getmək və cəbhədə kəşfiyyatçı olmaq istədiyini bildirir. Ancaq komandanlıq onu aviasiya məktəbinə göndərir. Hazırlıq bitdikdən sonra bombardmançı-eskadrilyaya tə'yin olunur.
Əhmədiyyə Cəbrayılovun düşünürdü ki, düşmənə qalib gəlmək üçün əvvəlcə onun dilini bilməlisən və beləliklə, alman dilini öyrənir.
1942-ci ilin mayında onun əsgəri olduğu batalyon qeyri-mütəşəkkil şəkildə planlaşdırılmış hərbi əməliyyat səbəbindən döyüşdə uğursuzluğa mə'ruz qalır və şəxsi hey'ətin çox hissəsi məhv olur. Əhmədiyyə Cəbrayıl 'ov sağ qalır. Almanlar yaralı azərbaycanlını huşsuz vəziyyətdə Fransadakı Monqoban əsir düşərgəsinə gətirirlər.
1943-cü ildə əsir düşərgəsi komendantının qulluqçusu madam Jannanın köməyi ilə əsirlikdən xilas olur: fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün Əhmədiyyəni tabutda gizlədirlər. Tabutu Jannanın evindəki zirzəmiyə gətirirlər. Sağaldıqdan sonra Əhmədiyyə fransız dilini də öyrənir. Madam Jannanın sayəsində Fransa müqavimət hərəkatının fə'alları ilə əlaqə yaradır, kapitan Delplankın (ləqəbi "Düma") rəhbərlik etdiyi eskadronun üzvü olur.
Əhmədiyyə Cəbrayılov komandiri kapitan Delplankın olan Düma Gizli Ordusuna keçirilir. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrinə aparmasının qarşısını alır. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağını xilas edərkən yaralanır, alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi hospitalında müalicə olunur. Albi şəhərinə hərbi komendant tə'yin olunan Əhmədiyyə Cəbrayıl 'ov bir müddət partizanlara çox əhəmiyyətli mə'lumatlar ötürür, bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil verir. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır.
Düşmənin dilini çox yaxşı bilən azərbaycanlı döyüşçü 4 əməliyyatdan sonra kəşfiyyat qrupunun rəhbəri olur. Xidmətdəki fədakarlığı ilə seçilən Armed Mişel bir ay sonra fransız medalı ilə təltif olunur. Daha sonra ona üzərində Şarl de Qollun öz əli ilə yazdığı qısa mətnli məktub təqdim olunur: "Əzizim Armed Mişel, xidmətinizə görə vuruşan fransız xalqı adından sizə təşəkkür edirəm. Sizin Şarl de Qoll".
Əhmədiyyə Cəbrayıl 'ov yalnız uğurlu əməliyyatlarla kifayətlənmir, səlis danışdığı alman dilini ta'beliyindəki kəşfiyyatçılara da öyrədir. Azərbaycanlı partizanın konkret hədəfləri vardı. O, tezliklə alman zabiti forması geyinərək alman sənədlərinə xüsusi diqqət ayırmaqla düşmənin arxasında əməliyyat aparmaq planlarını sınaqdan keçirməyə başlayır. Tapşırıqları komandirlərindən alsa da, əməliyyatı özü planlaşdırırdı. Kəşfiyyat komandirinin layiqli xidmətləri nəticəsiz qalmadı. Tezliklə Armed Mişel ilk "Könüllü xidmətə görə Xaç" ordeni ilə təltif edildi. Xidmətlərinə görə Fransa Respublikasının ali hərbi mükafatı - "Dəmir Xaç"la təltif olundu.
Bu ordenə layiq görülən həmyerlimiz Fransada hərbi paradda ölkə prezidentindən öndə addımlaya bilərdi :
SSRİ-də cəmi 2 nəfər bu medalla təltif edilmişdi:
Marşal Jukov və Əhmədiyyə Cəbrayıl 'ov...
Şarl de Qoll başda olmaqla, Fransa xalqı və dövləti partizan Əhmədiyyə Cəbrayılovun xidmətlərini unutmadı : Fransa hökuməti Dijonda ona kiçik avtomobil zavodu hədiyyə etdi. Üstəlik, Əhmədiyyə Cəbrayılov Fransa prezidenti Şarl de Qollun dəftərxanasında məsul vəzifəyə tə'yin olundu. Lakin bunlar qəlbi Vətənlə döyünən Əhmədiyyəni qürbətdə saxlamağı bacarmadı. 1951-ci ildə Azərbaycana qayıtmaq qərarına gəldi. Şarl de Qoll ona Fransanın bütün nəqliyyat növlərindən pulsuz istifadə etmək hüququ olan ölkə vətəndaşı şəhadətnaməsini təqdim etdi.
On gün sonra isə rəhbəri olduğu avtomobil zavoduna Armed Mişelin adı verildi.
…Dünyanın ən qəddar diktaturalarından biri sayılan SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən Vətənə qayıdan Əhmədiyyə Cəbrayılova Oxud kəndini tərk etmək qadağan edildi. Bütün mükafatlar, hətta məktublar, fotolar, pulsuz gediş hüququ əlindən alındı. Fransa prezidentinin dostu Oxud kəndində çobanlıq etməyə başladı. Qəddar rejimin rəhbərliyi bir neçə il sonra yumşaldı - keçmiş döyüşçü aqronom tə'yin olundu.
Əhmədiyyə Cəbrayılov 1963-cü ildə ona mükafat olaraq verilmiş yüz min dolları Sülh Fonduna bağışladı. Yalnız bundan sonra Xruşov onun şəxsi sənədlərinin, mükafatlarının, o cümlədən "Hərbi Xaç" ordeninin qaytarılması barədə göstəriş verdi. Əhmədiyyə Cəbrayılov illər sonra ona qaytarılan ordeni kəndə gətirib onu səliqəylə köhnə nəsil sandığının içinə qoydu...
1966-cı ildə Sovet İttifaqında rəsmi səfərdə olan Fransa prezidenti general Şarl de Qoll Əhmədiyyə Cəbrayıl 'ovla görüşdü. Bu tarixi görüş bir çox qaranlıqları aydınlığa qovuşdurdu...
Bir gün onun kənddəki evinin qarşısında yenidən avtomobillər dayandı. Əhmədiyyə Cəbrayıl 'ovu ziyarətə gələn bir vaxtlar ta'beliyində döyüşdüyü dostu, Fransanın müdafiə naziri, general idi. O, Fransa prezidentinin rəsmi məktubunu öz silahdaşına verərək bildirdi ki, SSRİ vətəndaşı Əhmədiyyə Mikayıl oğlu Cəbrayıl 'ov Fransa hökumətinin hesabına bu ölkəyə dəfələrlə baş çəkmək və orada qalmaq hüququna malikdir. Fransada məşhur olan müharibə qəhrəmanı bu kiçik kənddəki köhnə evində bu ölkənin bütün yüksək hərbi mükafatlarına malik şəxs oldu. O, "Hərbi Xaç", "Könüllü xidmətə görə Xaç", "Fransanın Hərbi Medalı", "Fəxri Legion Ordeni" ilə təltif edildi.
Əhmədiyyə Cəbrayıl 'ov 1994-cü ilin 10 oktyabrında Şəkidə avtomobil qəzasında həlak olub. Şəkinin Oxud kəndində dəfn edilib.
ALLAH Rahmət etsin!
Mətn Babək Cəfərovun sosial şəbəkə hesabından götürülüb.