Avropa İttifaqında qaz anbarlarının doluluq səviyyəsi 75%-ə çatıb
Rusiyadan qaz tədarükü ilə bağlı məhdudiyyətlər fonunda Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 75%-ə çatıb.
AFN TASS-a istinadən xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe”nin (GIE) açıqlamasında bildirilir.
Avropa İttifaqına daxil olan 27 ölkədən yalnız 19-da yeraltı qaz anbarları var. Bu ölkələrdən 8-i anbarları 80%-dən çox doldurmağa nail olub. Bu ölkələrə Belçika, Çexiya, Danimarka, Fransa, Polşa, Portuqaliya, İspaniya və İsveç daxildir.