Adı tikinti şirkətidir, fəaliyyəti dağıdıcıdır: Quba sakinləri "Azvirt"ə etiraza qalxdı - VİDEO


Bu gün Quba rayonu Talabıqışlaq inzibati ərazi dairəsinin sakinləri Xaroşa kəndinin mərkəzinə toplaşaraq, nümayəndəliyin ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarına etiraz ediblər.


Bu haqda jurnalist Cəmil Məmmədli məlumat verib. Sakinlərin sözlərinə görə, kəndin kənarından keçən Vəlvələçayda fəaliyyət göstərən karxanaların ucbatından kənd susuz qala bilər. Belə ki, qum-çınqıl karxanalarının yarıtmaz və dağıdıcı fəliyyətlərinin ucbatından artıq Vəlvələçay bir neçə metr dərinləşib ki, bu da kəndlilərin su ehtiyaclarını ödəməyə ciddi mane olur.
Mövzunu diqqətdə saxlayacayıq...




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu