ADR Partiyası Ədliyyə Nazirliyinin qarşısında piket keçirib - FOTOLAR


Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası bu gün hüquq və ədalət üçün Ədliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirib.


AFN.az xəbər verir ki, aksiya iştirakçıları ƏN-i qanunlara əməl etməyə, ADR -in qeydiyyatına əsassız əngəllər yaratmamağa, Partiyanı qeydiyyata almağa çağıran şüarlar səsləndiriblər. Eyni tələblərlə piketin qətnaməsi nazirliyə təqdim edilib.
Qeyd edək ki, ADR Partiyası etiraz aksiyası ilə bağlı qanuna müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətini məlumatlandırıb. Piket zamanı polis müdaxiləsi qeydə alınmayıb. ADR Partiyası sədrinin müavini Ədalət Yusub və ADR Partiyası sədrinin müşaviri Hüseyn Məlik ƏN-ə dəvət olunublar, onlara şikayək ərizəsi yazdırılıb və piketin qətnaməsi götürülüb, qeyd olunub ki, bu həftənin 5-ci günü müraciətə baxılacaq.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu