Sabah da hava isti olacaq - PROQNOZ


Avqustun 27-də gözlənilən hava şəraiti açıqlanıb.



Milli Hidrometeorologiya Xidmətindən AFN-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu