Sentyabrın ilk günü hava necə olacaq? - PROQNOZ

Sentyabrın 1-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AFN-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keşəcək, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, Bakıda gecə 23-25°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 25-30% olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22°, gündüz 35-39°, dağlarda gecə 12-17°, gündüz 24-29° isti olacaq.