Volodimir Zelenski Entoni Blinkenlə görüşüb
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə ABŞ-ın dövlət katibi Entoni Blinken ilə görüşüb.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, görüş zamanı E.Blinken ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımının davam edəcəyini bildirib.
O söyləyib ki, Vaşinqton lazım olduğu müddətcə Kiyevi dəstəkləyəcək.
Dövlət katibi, həmçinin V.Zelenskini NATO müttəfiqlərinin Ukraynaya 2,2 milyard dollar uzunmüddətli investisiyalar vermək niyyəti barədə məlumatlandırıb.
Qeyd edək ki, E.Blinken sentyabrın 8-də elan edilmədən Kiyevə səfər edib.