Çin Ukrayna və Rusiyaya müraciət etdi: atəşi dayandırın...


Çin hökuməti Ukraynadakı münaqişə tərəflərini atəşin dayandırılmasına və münaqişəni dialoq yolu ilə həll etməyə çağırır.


Musavat.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan edilməsi ilə bağlı bəyanatını şərh edərkən deyib.

Venbin bildirib ki, Çinin Ukrayna ilə bağlı mövqeyi məlumdur. O qeyd edib ki, tərəfləri döyüşlərə son qoymaq, dialoq və məsləhətləşməyə çağırırıq.

V.Venbin vurğulayıb ki, Çin beynəlxalq ictimaiyyətin danışıqlar üçün uyğun məkan və şərait yaradacağına ümid edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu