İran XİN Kiyevin qərarına cavab verəcək - XİN sözçüsündən açıqlama


“Tehran Kiyevin İran səfirini akkreditasiyadan məhrum etmək və diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına cavab verəcək”.


Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

O, münasibətləri pozmağa çalışan üçüncü ölkələrin təsiri altına düşməməyi də tövsiyə edib.

XİN rəsmisi Tehranın Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamaq istəyini, münaqişənin siyasi həllinə tərəfdar olduğunu xatırladıb. Diplomatın sözlərinə görə, İranın xarici işlər naziri Moskva və Kiyevdən olan həmkarları ilə dəfələrlə əlaqə saxlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu