De Byazi ilə müqavilənin müddəti sabah başa çatır - AFFA-dan AÇIQLAMA
Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin AFFA ilə müqaviləsinin müddəti sabah başa çatır.
İtaliyalı mütəxəssisin yığmadakı taleyi isə qeyri-müəyyəndir. Bəs federasiya de Byazinin millidəki fəaliyyəti ilə bağlı qərarı nə vaxt verəcək?
AFN xəbər verir ki, bununla bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla futbolpress-ə açıqlamasında qərarın qurumun İcraiyyə Komitəsinin iclasında veriləcəyini söyləyib:
“De Byazinin millidəki gələcəyi ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunacaq. Toplantının vaxtı hələ müəyyənləşməyib. Bununla bağlı yenilik olanda rəsmi məlumat veriləcək”.