Rusiya Nikolayev vilayətinə “S-300” raketi atıb, ölən var


Rusiya ordusu ötən gecə Ukraynanın Nikolayev vilayətinə “S-300” zent-raket kompleksi ilə zərbə endirib.



AFN xəbər verir ki, bunu vilayətin Hərbi Administrasiyasının rəhbəri Vitali Kim teleqramda yazıb.

O bildirib ki, raket zərbəsi nəticəsində ikimərtəbəli binada dağıntı baş verib, 1 nəfər ölüb.

Bundan başqa, ölkənin Krivoy-Roq, Dnepr, Sumı, Xarkov vilayətlərində də silsilə partlayışların baş verdiyi barədə informasiya yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu