Makron canlı yayında ETİRAF ETDİ - Fransa liderinin açıqlaması ölkəni qarışdırdı


Fransa prezidenti Emmanuel Makronun canlı yayımda verdiyi açıqlamalardan sonra xalq təşvişə düşüb.



Musavat.com xəbər verir ki, “France 2” proqramında iştirak edən Fransa lideri “çoxlu böhranlardan keçirik” deyərək ölkəsinin çətin durumda olduğunu etiraf edib.

Ukraynadakı müharibəyə və müharibənin enerji qiymətləri ilə bağlı nəticələrinə, həmçinin COVID-19 pandemiyasına diqqət çəkən Makron deyib:

“Fırtınadan sağ çıxmaq üçün biz zəifləri qorumalı və güclüləri daha yaxşısını etməyə məcbur etməliyik. Mənim məqsədim daha ədalətli, dinc və güclü Fransa yaratmaqdır”.

Makron təqaüd yaşını üç il artıraraq 65-ə çatdırmaq və gənc nəslin daha uzun müddət işləməsini təmin etmək məqsədilə pensiya islahatı həyata keçirəcəyini açıqlayıb. Fransa lideri dəyişikliklərin gələn ildən həyata keçirilməyə başlayacağını bildirib. O əlavə edib ki, bu dəyişikliklər həyata keçirilməzsə, hökumət pensiyaları azaltmalı olacaq.

“Daha çox yaşadığımız üçün daha çox işləməliyik” deyən Makrona sosial şəbəkələrdə sərt reaksiyalar verilib və Fransa xalqı etirazini bildirib.

Xatırladaq ki, 2019-cu ilin sonlarında pensiya məsələsinə yenidən baxılması ölkə miqyasında etirazlara səbəb olmuşdu. Hökumət daha sonra qərarın koronavirus pandemiyası səbəbindən dondurulduğunu açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu