İbrahim Kalın "Taxıl sazişi"nin necə bərpa olunduğunu açıqlayıb


“Taxıl sazişi” müharibədən ayrı məsələdir. Son günlər çox ciddi diplomatik səylər sərf edirik”.



AFN.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Rusiya tərəfinin tələbləri Ukraynaya çatdırılıb: “Kiyev də konstruktiv mövqe nümayiş etdirdi. Artıq “Taxıl sazişi” bərpa olunub və hər şey qaydasındadır. Ukrayna Prezidenti Volodimir Zelenski razılığa sadiqdir”.

İ.Kalın bildirib ki, Türkiyə gərginliyin azaldılması üçün hər iki tərəfə müraciət edir: “İndi savaş meydanında irəliləyiş yoxdur. Heç bir tərəfin qələbə qazanmaq şansı mövcud deyil”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu