İran Rusiyaya dronlar verdiyini etiraf edib
“Ukraynadakı müharibədən aylar əvvəl Rusiyaya məhdud sayda PUA verdik”.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
O bildirib ki, bəzi Qərb ölkələrinin İranın Ukrayna müharibəsində Rusiyaya raketlər verməsi ilə bağlı iddiası tamamilə yalandır.
“Pilotsuz təyyarələrə gəlincə, biz onları Ukraynadakı müharibədən aylar əvvəl öncə Rusiyaya vermişdik. Biz Ukraynanın xarici işlər naziri ilə razılaşdıq ki, Rusiyanın Ukraynaya qarşı bu pilotsuz təyyarələrdən istifadə etdiyinə dair hər hansı sənəd varsa, onu bizə təqdim etsin. İki həftə əvvəl bir Avropa ölkəsində belə bir görüşümüz oldu. Müdafiə və siyasi nümayəndə heyətimiz həmin Avropa ölkəsinə getdi. Təəssüf ki, son dəqiqədə Ukrayna nümayəndə heyəti görüşdə iştirak etmədi”, – nazir əlavə edib.