İrandan Ukraynaya hədə: "Müharibəyə yanaşma dəyişəcək"


İran çox güman ki, Ukraynadakı müharibəyə yanaşmasını dəyişəcək.


AFN.az xəbər verir ki, rəsmi Kiyevin İsfahanda qarşısı alınan pilotsuz təyyarə hücumuna görə məsuliyyəti bilavasitə etiraf etməsinə cavab olaraq İranın Ukraynadakı müharibəyə yanaşmasını dəyişəcəyilə bağlı fikirlər səslənir. İranın “Nur News” nəşrinə müsahibəsində anonim mənbə deyib ki, Ukraynanın İranın milli təhlükəsizliyini təhdid etməkdə israrlı olması İran İslam Respublikasının Ukraynadakı müharibə ilə bağlı mövqeyinin dəyişdirilməsi və Kiyev hökumətinin davranışına uyğun yeni yanaşmanın sərgilənməsi məsələsini nəzərdən keçirməyə zəmin yarada bilər. “Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyakın İrana qarşı düşmənçilik bəyanatları ölkə hakimiyyəti tərəfindən düzəlməzsə, bu, İran İslam Respublikasının fərqli reaksiyasına səbəb ola bilər” - deyə mənbə qeyd edib.

Mənbə “Nour News”a onu da bildirib ki, İran Ukraynadakı müharibə ilə bağlı əvvəldən prinsipial mövqe nümayiş etdirib və hərbi münaqişəyə son qoyulması, problemin dialoq yolu ilə həllinin vacibliyini dəfələrlə vurğulayıb: "Qərb tərəfdaşları tərəfindən təhrik edilən Ukrayna hökuməti İranı Ukraynadakı müharibə zamanı Rusiyaya silahlı dəstək verməkdə yalandan ittiham etsə də, indiyədək öz iddiasını dəstəkləmək üçün heç bir sübut təqdim edə bilməyib. İran dəfələrlə Kiyevin Tehrana qarşı ittihamları ilə bağlı mümkün sübutları müzakirə etmək üçün Ukrayna tərəfi ilə birgə görüş keçirməyə çağırıb. İki ölkənin siyasi və hərbi ekspertlərinin Qətərdə keçirilən son birgə görüşündə Ukrayna tərəfi İrana Rusiya silahları ilə dəstək verdiyi iddiasını təsdiqləyən bir dənə də olsun sənəd təqdim etməyib və sənədlərin növbəti iclasda təqdim olunması qərara alınıb".

Podolyak bir müddət əvvəl Tvitter hesabında İsfahandakı Müdafiə Nazirliyinin obyektinə pilotsuz təyyarə ilə hücumun və Azərşəhrdəki zavodda baş verən partlayışın Ukraynada baş verən hadisələrlə əlaqəli ola biləcəyini və Rusiyanın İrandan yardım aldığını bildirərək, “Ukrayna sizə xəbərdarlıq etdi" - deyə paylaşım edib. Onun bu bəyanatndan sonra İran Xarici İşlər Nazirliyi Ukraynanın müvəqqəti işlər vəkilini çağıraraq xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu