Azərbaycanda polis bu şəxsi axtarır - FOTO


Abşeron rayon sakini, 49 yaşlı Abdullayev Abdulla Novruz oğlu oktyabr ayının 17-də səhər saatlarında yaşadığı Xırdalan şəhərindəki evdən çıxaraq bir daha geri qayıtmayıb.



AFN xəbər verir ki, bu barədə Abşeron rayon Polis İdarəsi məlumat yayıb.

A.Abdullayevin əlamətləri belədir: Boyu 180 sm, saçları qara, gözləri göy rəngdədir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (012)-342-02-02 şəhər və (050) 234-74-41 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu