"Rusiya sülhməramlıları Qarabağda qalmalıdır" - Tovmasyan


Erməni deputat Qarabağa qanunsuz səfər edib.



AFN xəbər verir ki, bunu Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasının sədri Taquhi Tovmasyan deyib. O, bu günlərdə Qarabağa qanunsuz səfər edib. Tovmasyan İrəvana qayıtdıqdan sonra Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüb.

O, sərsəm açıqlamalarında deyib ki, Qarabağ sakinləri Rusiya sülhməramlılarının Qarabağda qalmasını tələb edir.

“Strateji müttəfiqimiz olan dövlətin səfiri ilə biz iki Ermənistan “respublikası”nın – Ermənistan və Qarabağın başına gələn təhlükələri müzakirə etdik. Təəssüf ki, narahatedici hadisələr durmadan artır. Mən bir neçə gün əvvəl Qarabağdan qayıtmışam. Onların bir şərti və tələbi var: Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində yerləşdirilməlidir. Onların qalma müddətinin uzadılması Qarabağ ermənilərinin yaşamaq hüququnun həyata keçirilməsi baxımından son dərəcə zəruridir”, – deyə Tovmasyan öz Facebook səhifəsində yazıb.

Onlar həmçinin Ermənistanın sərhədlərindəki vəziyyəti müzakirə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu