Eduard Məmmədov ikiqat Avropa çempionu olub


Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında veteran kikboksçu Eduard Məmmədov ikiqat Avropa çempionu olub.


63 kq çəki dərəcəsində döyüşən Məmmədov "Light Contact"da Qabor Çeytey (Macarıstan) və "Kick light"də Sqro Simone Kaloceroya (İtaliya) qalib gələrək veteran kikboksçular arasında Avropanın ən güclüsü adını qazanıb.

Qeyd edək ki, bunadək Eduard Məmmədov veteranlar arasında üçqat dünya çempionu idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu