“Türkiyə və Ermənistan sərhəddi keçmək məsələsini müzakirə edir” - AÇIQLAMA


Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müsbət istiqamətdə gedir.


AFN.az xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın belə deyib. Onun sözlərinə görə, iki ölkənin xüsusi nümayəndələri daimi təmasdadırlar, müxtəlif məsələləri, o cümlədən pasportlarla sərhədi keçmək imkanlarını, yaxın gələcəkdə atılacaq addımları müzakirə edirlər. “Biz bütün Cənubi Qafqazda sülh və rifahın əsasını qoymaq istəyirik. Qarabağ münaqişəsi həll olunub və indi ölkələr üçüncü tərəflərin vasitəçiliyi olmadan qarşılıqlı fəaliyyət göstərirlər. Bu, xüsusi əhəmiyyət kəsb edir”-deyə Kalın əlavə edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu