Bryanskda dəhşətli yanğın
Bryansk vilayətində neft məhsulları olan çənlər 1800 kvadratmetr sahədə yanıb.
AFN.az xəbər verir ki, bir neçə saatdır yanğını söndürmək mümkün olmur. Bu barədə bölgənin qubernatoru məlumat verib: ”Suraj rayonunda neft məhsulları olan çənlər yanır. Hadisə yerində yanğınsöndürən və xilasedicilər işləyir. Yanğının sahəsi 1800 kv. m”dir.
Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomazın Telegram kanalında yazdığına görə itkilər barədə məlumat yoxdur. Söndürmə işlərinə 80-dən çox canlı qüvvə və 30 texnika cəlb olunub, əlavə aviasiya qrupu göndərilib.