Ermənistan Macarıstanla Ramil Səfərov düşmənçiliyinə son qoydu


Ermənistan və Macarıstan diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.


AFN.az-ın məlumatına görə, bu barədə Ermənistan və Macarıstan XİN rəhbərləri birgə bəyanatla çıxış edib. “2022-ci il dekabrın 1-də Lodzda ATƏT Nazirlər Şurasının iclası çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyaarto arasında görüş keçirilib. Hər iki tərəf erməni və macar xalqları arasında dərin tarixi və mədəni əlaqələrin, eləcə də ortaq xristian irsinin olması fikri ilə razılaşıb. Diplomatlar Ermənistan Respublikası ilə Macarıstan arasında münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.
Onlar qarşılıqlı etimada və beynəlxalq hüquqa hörmətə əsaslanan münasibətlərində yeni səhifə açmaq niyyətlərini ifadə edərək, diplomatik münasibətləri tam bərpa etmək barədə razılığa gəliblər.
Yaxın günlərdə lazımi diplomatik və inzibati prosedurlara başlanılacaq.
Qeyd edək ki, Ermənistan və Macarıstan arasında diplomatik əlaqələr 2012-ci ildə Ermənistan Milli Təhlükəsizlik Şurasının qərarı ilə dayandırılıb. Buna səbəb 2004-cü ildə Budapeştdə erməni leytenant Qurgen Marqaryanı balta ilə öldürdüyünə görə Macarıstanda cəza çəkən Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası olub.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu