Dünyanı aclıq gözləyir! "Kriz Kahini"ndən QORXULU PROQNOZ


"Kriz Kahini" ləqəbli professor Nouriel Rubini dünyanı gözləyən yeni təhlükə haqda açıqlama verib.


AFN.az xəbər verir ki, qiyamətin müjdəçisi kimi tanınan məşhur iqtisadçı Nouriel Rubini "Project Syndicate" üçün “Qaçılmaz çöküş” adlı məqalə yazıb. İqtisadi böhranları dəqiq proqnozlaşdırması ilə tanınan Nouriel Rubini “İllər boyu davam edən həddindən artıq sərbəst pul siyasəti və böyük təklif şoklarından sonra staqflyasiya təzyiqləri indi nəhəng dövlət və özəl borc dağını formalaşdırır. Bütün iqtisadi böhranların ən böyüyü yaxınlaşır. Siyasətçilərin bununla bağlı edə biləcəyi çox az şey olacaq” - deyə bildirib.



"Kriz Kahini" vurğulayıb ki, dünya borc böhranı ilə inflyasiya arasında qalıb. Kriptovalyutaları “bütün fırıldaqların anası” kimi xarakterizə edən Rubini bildirib ki, dünya iqtisadiyyatı son onilliklərdəki borc və leverage (leverage opsion, fyuçers, marja və digər maliyyə alətləri vasitəsilə yaradıla bilər) bumundan sonra görünməmiş iqtisadi, maliyyə və borc böhranlarının birləşməsinə doğru irəliləyir. Rubini məqaləsinin davamında yazır: "Rəqəmlər tək açıq borca ​​baxanda belə heyrətamizdir. Qlobal miqyasda ümumi özəl və dövlət sektorunun borcunun ÜDM-ə nisbəti 1999-cu ildəki 200%-dən 2021-ci ildə 350%-ə yüksəlib. Bu göstərici hazırda inkişaf etmiş iqtisadiyyatlarda 420%, Çində 330% təşkil edir. ABŞ-da isə bu göstərici “Böyük Depressiya” və İkinci Dünya Müharibəsindən sonra 420% təşkil edir”.



İqtisadi sarsıntıların qaçılmaz olduğunu vurğulayan məşhur iqtisadçı “Bu gün biz 1970-ci illərin ən pis tərəfləri ilə yanaşı, qlobal maliyyə böhranının ən pis tərəflərini də özündə əks etdirən staqflyasiya şokları ilə üz-üzəyik. Və bu dəfə biz tələbi stimullaşdırmaq üçün sadəcə olaraq faiz dərəcələrini aşağı sala bilmərik” - deyə xəbərdarlığını edib.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu