Qütb tədqiqatçıları Antarktidada milyon illik buz qatına niyə maraq göstərirlər?


Sankt-Peterburqdakı Arktika və Antarktika İnstitutu planetin ən şimal qitəsinə ekspedisiya hazırlayır.


AFN.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu ekspedisiyanın məqsədi milyon illik buzlara çıxış əldə etməkdir. Qədim buzlaqların əsas nümunə ehtiyatı Vostok stansiyasında saxlanılır. Antarktidada bütün il boyu qar qatının altında (hətta yay aylarını ən yüksək tempraturunda) hava mənfi 55 dərəcə olur. Arktika və Antarktida İnstitutunun laboratoriya soyuducusunda saxlama müddəti uzun olan dondurulmuş qidalar var. Keçən ilki ekspedisiyanın əldə etdiyi buz kubunun 500 min ildən bir qədər çox yaşı var. Bu buz parçası 3,5 kilometr dərinlikdən qaldırılıb. Arktika və Antarktika Tədqiqat İnstitutunun direktoru Aleksandr Makarovun sözlərinə görə, bu, yəqin ki, planetimizdəki ən bahalı buzdur:” Bu il təxminən 7 min metr qazmağı və 1 milyon illik buz əldə etməyi planlaşdırmışıq”.
Tədqiqatçılar əsrlərin dərinliklərindən unikal məlumat axtarışı üçün qazma işləri aparırlar. Onların sözlərinə görə, qədim buz, planetdəki iqlim tarixinin həkk olunduğu bir səlnamədir. Keçmişin ən qədim qatlarında atmosferin kimyəvi tərkibi nə idi, uzaq keçmişdə havada hansı hissəciklər uçuşurdu, vulkanlar necə yarandı və digər məlumatları məhz qədim buz təbəqəsindən öyrənmək mümkün olacaq. Sankt-Peterburq alimləri keçmişi öyrənməklə gələcəyə baxırlar. Onlar belə hesab edirlər ki, şimal materikinin ekologiyasına təsir indi ən vacib problemlərdən biridir. Quyunun donmasının qarşısını almaq üçün ona freon və kerosin qarışığı tökülür. Qütb tədqiqatçıları əmin edirlər ki, heç bir sızma olmayıb, lakin təhlükəsiz donmamaq üçün resept lazımdır. Növbəti ekspedisiyada isə Mədən Universitetinin alimləri kimya ilə məşğul olacaqlar. İşi rahat etmək üçün Antarktidada yeni qışlama kompleksi tikilir. “Vostok” stansiyasının ərazisinə 500 ton yük və tikinti materialları köçürülüb, binaların quraşdırılmasına başlanılıb. Eyni zamanda, dekabr ayında tədqiqatçılar yeni quyu qazmağa başlayacaq və bəlkə də ictimaiyyəti maraqlandıran əsas suala cavab verə biləcəklər, buz altındakı dünyada əcdadlarımızın izləri varmı? Bu ilki Antarktika ovunun əsas kuboku milyon dollarlıq buz olacaq. Növbəti ekspedisiyalar isə demək olar ki, iki milyon illik tarixi təbəqəni hədəfləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu