Antarktidada dəniz buzlarının səviyyəsi mövsümi ortalamadan xeyli aşağıdır


Antarktidadan alınan peyk məlumatları, qlobal istiləşmə səbəbindən bölgədəki dəniz buzlarının səviyyəsinin mövsümi orta səviyyədən xeyli aşağı olduğunu ortaya qoyub.


ABŞ Milli Qar və Buz Məlumat Mərkəzində (NSIDC) Antarktidadakı buzlaqlar haqqında məlumatları araşdıran Valter Meier BBC-yə bildirib ki, buz səviyyəsi daha düşməyəcək qədər aşağıdır.

Meier, buzlaqların itirilməsinin əvvəlki səviyyəyə qayıdacağına çox optimist olmadığını diqqətə çatdırıb.

NSIDC məlumatlarına görə, təxminən 17 milyon kvadrat kilometr ölçülən buzlaq sahəsi sentyabr ayının orta göstəricisindən 1,5 milyon kvadrat kilometr aşağıdır.

Manitoba Universitetindən Robbie Mallet məlumatların narahatlıq doğuracaq səviyyədə olduğunu vurğulayıb və bildirib ki, bu, Antarktidada son 40 ildə şahidi olmadığımız potensial narahatedici iqlim dəyişikliyi əlamətidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu