Antarktidada həyəcan siqnalı: Buz ən aşağı səviyyədədir!
Antarktida daha bir aşağı səviyyəli rekorda imza atıb. Peyk vasitəsilə aparılan ölçmələr Antarktidanı əhatə edən dəniz buzunun 1979-cu ildən bəri ən aşağı səviyyəsinə çatdığını göstərir.
Antarktidanın sahil suları hər il çox dəyişir. Okeanda 12 fevral tarixinə 2022-ci ilin buzlaqlarının əriməsi rekordu qırılıb. Belə ki, buzlaqların 1,79 milyon km2-nin əriməsi mütəxəssisləri narahat edən məsələdir.
Antarktida ətrafındakı dəniz buzu 21 fevral 2023-cü ildə 1,79 milyon kvadrat kilometrlə ən aşağı səviyyəyə çatıb. Bu, 25 fevral 2022-ci ildə əldə edilən əvvəlki rekord səviyyədən 130 min kvadrat kilometr aşağıdır. Bu fərq Nyu-York ştatının ölçüsündə olan əraziyə uyğundur.
“TRT Haber” telekanalının verdiyi məlumata görə, alimlər buzun 2 milyon kvadrat kilometrdən aşağı düşdüyünü ikinci dəfə müşahidə ediblər.
Son yeddi ildə ən aşağı dəniz buz səviyyələri üzrə rekordlardan üçü son yeddi ildə, 2017, 2022 və 2023-cü illərdə qırılıb. Peyklərlə ölçmələr 1970-ci illərdən aparılır.