Fransada doğum səviyyəsi İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən aşağı səviyyədədir


Fransada doğum səviyyəsinin son 80 ilin ən aşağı səviyyədə olduğu açıqlanıb.


Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (INSEE) ölkədə 2022-ci ildə və 2023-cü ilin birinci yarısında doğum nisbətlərinin İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən aşağı səviyyəyə endiyini açıqlayıb.

INSEE 2022-ci ildə 726 min uşağın doğulduğunu və doğuşlarda 2021-ci ilə nisbətən 2,2 faiz, 2010-cu ilə nisbətən isə 13 faiz azalma olduğunu bildirib.

Son illərin ən yüksək səviyyəsinin qeydə alındığı 2010-cu illə müqayisədə ötən il doğum səviyyəsi 25-29 yaşlı qadınlarda 3 faiz, 30-34 yaşlı qadınlarda 4 faiz azalmış, 40 yaşdan yuxarı qadınlarda isə 3 faiz artıb.

Məlumatlar göstərdi ki, COVID-19 epidemiyasının yaratdığı sağlamlıq böhranı 2021-ci ildə azalmada təsirli olub.

Doğuş göstəricilərinin azalması ilə yanaşı, doğum edən qadınların orta yaşlarında və nikahdan kənar uşaq dünyaya gətirmə nisbətində də dəyişikliklər baş verib.

2012-ci ildə 30,2 olan ilk doğumda orta ana yaşı 2022-ci ildə 31,2-yə, nikahdankənar doğuş nisbəti isə həmin illərdə 57 faizdən 65 faizə yüksəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu