Son sutkada 68 nəfər COVID-19-a yoluxub, ölən olmayıb


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 870 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 511 nəfər müalicə olunaraq sağalıb, 9 986 nəfər vəfat edib, aktiv xəstə sayı 373 nəfərdir.

Ölkədə son sutka ərzində 1475, hazırkı dövrədək isə 7 394 585 test aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu