Kipr məhkəməsi qatilə 25 il həbs cəzası verdi


Limasol vilayətinin Cinayət Məhkəməsi iki rus qadını öldürən Suriya vətəndaşına hökm oxuyub.


AFN.az xarici mediaya istinadənxəbər verir ki, təqsirləndirilən şəxs qətli törətdiyini etiraf edib. Məhkəmə onu 25 il müddətinə azadlıqdan məhrum edib. Suriyalı cinayətin səbəbini qadınların onun dininə, kişiliyinə və cinsi keyfiyyətlərinə istehza etməsi ilə izah edib. Qatilin 44 yaşlı qardaşı da 9 ay həbs cəzası alıb. Məhkəmə onu qanunsuz olaraq odlu silah saxlamaq və daşımaqda, habelə istintaqa müdaxilədə təqsirli bilib.
Xatırladaq ki, 43 yaşlı Həyat Əl-Raisi və 33 yaşlı Mariya Qazibağandova 2021-ci ilin noyabrında Larnaka şəhərinin dənizkənarı hissəsindəki mənzildən yoxa çıxmışdılar. Mətbuat saxlanılan suriyalının Limasol əyalətinin Moniatis dağ kəndindəki evlərdən birində tikinti işləri ilə məşğul olduğunu yazıb. Məhkəmə sənədlarində yerdə qan izləri tapıldığı yazılıb. Əvvəlcə şübhəli ifadəsində cinayər törətmədiyini desə də, sonradan əməlini etiraf edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu