Səfirliklərimizin təhlükəsizliyi gücləndirilməlidir - "Erməni lobbisinin həmlələri ola bilər"


Monitorinqə icazə verilməyəcəyi halda Ermənistanla Qarabağı birləşdirən yol bağlı qalacaq. Belə olan halda müxtəlif ssenariləri, o cümlədən qarşı tərəfin hansı təxribatlara əl atacağını proqnozlaşdırmaq məcburiyyətindəyik.


AFN.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, bu təxribatlardan biri erməni lobbisinin müharibə günlərində olduğu kimi bir neçə ölkədə Azərbaycan səfirlikləri qarşısında növbəti təxribatlara hazırlıq planları ola bilər. "Ona görə də Fransa və ABŞ-dakı səfirliklərimizin təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac yarana bilər" - deyə politoloq qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu