İranda məktəblər yenidən bağlanıb


İranın Elborz və Tehran əyalətlərində hava çirkliliyinin yüksək səviyyədə olduğu və insan həyatına təhlükə yaratdığı üçün məktəblər yenidən bağlanıb.


İRNA-nın verdiyi məlumata görə, Havanın Çirklənməsi Fövqəladə Hallar Qrupunun axşam iclasında Perdis, Demavend və Firuzkoh istisna olmaqla, Elborz və Tehran əyalətlərinin bütün şəhərlərində universitetlər də daxil olmaqla, təhsil müəssisələrinin çərşənbə və cümə axşamı günləri bağlanmasına qərar verilib.
Xəbərdə səhər saatlarında dərslərin onlayn keçiriləcəyi bildirilib. Açıq yerlərdə idmanla məşğul olmaq bütün qruplar üçün qeyri-sağlam hava çirkliliyi səbəbindən qadağan edilərkən, Tehran bələdiyyəsinin avtomobillərin girişinə məhdudiyyət qoyulan ərazilərə giriş bileti satmayacağı bildirilib. Havanın Çirklənməsi üzrə Fövqəladə Hallar Qrupu vətəndaşlardan zərurət olmadıqda səyahətdən çəkinmələrini xahiş edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu