ABŞ Meksikadan qeyri-qanuni mühacirlərin axınından narahatdır


ABŞ-ın Kaliforniya ştatının qubernatoru Gavin Nyusom, keçmiş prezident Donald Trampın dövründə tətbiq edilən sərt immiqrasiya siyasətinin aradan qaldırılmasından sonra Meksikadan gələn mühacir axını barədə xəbərdarlıq edib.


AFN.az xəbər verir ki, "ABC News"a danışan Nyusom, qeyri-qanuni immiqrasiya siyasətlərinin "işləmədiyini" və ABŞ hökumətinin buna görə "məsuliyyəti" üzərinə götürməli olduğunu söyləyib.

Daha əvvəl əyalət əhalisinin 27 faizinin mühacirlərdən ibarət olduğunu bildirən qubernator, ABŞ prezidenti Co Baydenin Tramp administrasiyasının sərhədlərdəki sərt siyasətini geri çevirmə planının Kaliforniyaya zərər verə biləcəyini ifadə etdi.

Xatırladaq ki, sentyabr ayında Nyusom qeyri-qanuni mühacirlərə dövlət şəxsiyyət vəsiqələrinin verilməsinə yol açan qanun layihəsini imzaladı və 2022-2023-cü illər üçün dövlət büdcəsini təsdiqlədi, bu büdcəyə qeyri-qanuni mühacirlər də daxil olmaqla, bütün aztəminatlı sakinlər üçün sağlamlıq müavinətləri də daxildir.

Bayden administrasiyası Trump dövründə Covid-19 pandemiyası səbəbiylə qüvvəyə minən "Title 42" adlı qanunu 21 dekabr tarixindən etibarən ləğv etməyə hazırlaşarkən Daxili Təhlükəsizlik Nazirliyi Meksika sərhədindən hər gün 9 mindən 14 minə qədər insanın sərhəddi keçməyə çalışacağını açıqlayıb.

ABŞ-ın Dairə Hakimi Emmet Sullivan noyabr ayında Tramp dövründəki sərhəd tətbiqinin ləğv edilməsinə qərar verib və bunun “özbaşınalıq və şıltaqlıq” olduğunu əsas gətirib.

Kaliforniya İctimai Siyasət İnstitutunun məlumatına görə, təkcə Kaliforniyada 11 milyon qeyri-qanuni immiqrant var ki, bu da əyalət əhalisinin təxminən 22 faizini təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu