Dünən gecə öldürülən 18 yaşlı Nemətin təsirli VİDEOSU


Ötən gün Xətai rayonu ərazisində kütləvi davada öldürülən 2004-cü il təvəllüdlü Nemət Həsənov orta məktəbi bu il bitiribmiş.


Sosial şəbəkələrdə onun “Son zəng”də çəkdiyi təsirli görüntüləri yayılıb. Həmin videoda 18 yaşlı oğlan kövrələrək dostlarını unutmayacağını bildirib.

Həmin videonu təqdim edirik:



Qeyd edək ki, hadisə Xətai rayonu NZS qəsəbəsi Mingəçevir küçəsində baş verib. Gecə saatlarında 2005-ci il təvəllüdlü Əhmədli Fərid Möhübbət oğlu 2004-cü il təvəllüdlü Nemət Elşən oğlu Həsənov və 2005-ci il təvəllüdlü Orxan Hüseynovu bıçaqlayıb, 2005-ci il təvəllüdlü Xalid Nəbiyevə isə küt alətlə xəsarət yetirib.

Döş qəfəsindən ağır yaralanan Nemət vəfat edib. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. F.Əhmədli həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu